Gəzə bilmir: Alla Puqaçovanın səhhətində problemlər yaranıb - FOTO

75 yaşlı rusiyalı müğənni Alla Puqaçovanın səhhətində problemlər yaranmağa başlayıb. Bu məlumatı Rusiya mətbuatı yayıb.
Sfera.az bildirir ki, Alla Puqaçova 2022-ci il fevralın 24-dən sonra ailəsi ilə birlikdə Rusiyanı tərk edərək İsrailə gedib. Ailə bu yaxınlarda Kiprə köçüb, lakin burada müğənninin səhhətində problemlər başlayıb.
Yerli sakinlərin sözlərinə görə, müğənni son vaxtlar çox dəyişib. Xüsusilə, Puqaçovanın əyilməyə başladığı və hərəkətlə bağlı problemləri olduğunu bildirirlər.
Şayiələrə görə, müğənninin səhhətində problemlər yaranmağa başlayıb. Müğənni demək olar ki, heç vaxt küçədə görünmür. Məlum olub ki, yüksək hərarət səbəbindən 75 yaşlı ulduzun ayaqları şişir və gəzməyə gücü çatmır. Puqaçova əvvəllər dözülməz istidən şikayət etsə də, illər keçdikcə vəziyyət daha da pisləşib.
İndi müğənninin ailəsi ilə mülayim iqlimli Yurmalaya köçməyi planlaşdırdığı barədə məlumatlar var. Puqaçovanın orada öz villası var.
Qeyd edək ki, Alla Puqaçova Ukraynadakı müharibənin əleyhinə çıxış edərək, Rusiya hakimiyyətini Ukraynaya və onun vətəndaşlarına qarşı təcavüzü dayandırmağa çağırıb.
Aynil
Sfera.az