Aparıcılar televiziyalarımızı vəzir edir, yoxsa rəzil? - AÇIQLAMA

Aparıcılar televiziyalarımızı vəzir edir, yoxsa rəzil? - AÇIQLAMA

Aparıcı televiziyanın simasıdır. O, danışığı, geyim tərzi və davranışları ilə fəaliyyət göstərdiyi televiziyanı rəzil də edə bilər vəzir də. Azərbaycanın teleaparıcıları isə, əsasən, rəzil etmək işinə baxırlar. Efirdə ləhcə ilə danışanlar, düzgün tələffüz edə bilməyənlər, "c", "ç" hərflərini tələffüz edə bilməyən aparıcılarla hələ də rastlaşırıq.

 

Bəs bu aparıcılar necə seçilir və efirə çıxarılır? Bu aparıcılara qarşı niyə senzura tətbiq edilmir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan teletənqidçi, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, əvvəlki illərə nisbətən televiziya aparıcılarının nitqindən şikayətlər müəyyən qədər azalıb.

 

"Bunun da səbəbi odur ki, davamlı olaraq bu istiqamətdə monitorinqlər aparılır və aparıcılara olan tələblər artırılır. İctimaiyyətin haqlı etirazı nəzərə alınır. Bu addımlar olduqca müsbət haldır. Amma bununla yanaşı, bəzən televiziya aparıcılarından daha çox efirə dəvət olunan qonaqların nitqində qüsurlar görünür. Onları islah etməyə ciddi ehtiyac var. Bundan əlavə qeyd edim ki, televiziyaya aparıcı seçilən zaman bir sıra əsas nüanslara diqqət yetirmək lazımdır”.

 

Qulu Məhərrəmli qeyd edib ki, aparıcı olacaq şəxs Azərbaycan dilində səlis danışmalıdır.

 

"Müəyyən intellekt səviyyələri olmalıdır. Haqqında danışdıqları sahəni bilməlidir. İctimai-siyasi və şou xarakterli proqramlara ixtisaslaşmış aparıcılar seçilməlidir. Əgər narazılıqlar varsa, nöqsanlar hələ də mövcuddur. Bunun üçün senzura tətbiq etməyə ehtiyac yoxdur. Televiziya rəhbərləri, produserlər aparıcı seçərkən qeyd etdiyim standartları gözləməlidirlər. Televiziya aparıcısı fəaliyyət göstərdiyi kanalın simasıdır. Bu sima peşəkarlıq tələblərini mütləq şəkildə ödəməlidir".

 

“Diksiya Akademiyası”nın təsisçisi Cəlalə Nəzəroğlu isə diqqətə çatdırıb ki, efir ciddi ictimai rəy formalaşdırmaq gücünə sahib milyonlarla insanı öz arxasınca aparmağa qadir vasitələrdən biridir.

 

“Ona görə də izləyicilərə yaxşı nümunə olmaq hər bir aparıcının, o cümlədən, qonaqların ən vacib vəzifələrindən biridir. Bir çox şəxslər regionlarda, bölgələrdə doğulub boya-başa çatıblar. Bu baxımdan bəzi aparıcılar müəyyən ləhcə və dialektlə danışırlar. Lakin efir mədəniyyətinə görə dialekt və ləhcəylə danışmaq düzgün deyil. Bu tərzdə danışan aparıcıları müəyyən etdikdən sonra onlara həll yollarını göstərmək lazımdır. Səlis nitqə sahib olmaq üçün hər şeydən əvvəl insanın fiziki və psixoloji olaraq sağlamlığı da yerində olmalıdır. Dilində, dodağında, çənəsində fiziki qüsuru olan insanların nitqində əskiklik özünü mütləq göstərir. Amma bəzi problemlər var ki, onlar müəyyən məşqlərlə aradan qalxa bilir. Məhz bu baxımdan danışıq dərslərinin böyük əhəmiyyəti var”.

 

Cəlalə Nəzəroğlu qeyd edib ki, bəzən maddiyata görə aparıcılar diksiya akademiyalarına müraciət edə bilmirlər.

 

“Buna görə bu işin peşəkarı olan insanlar tərəfindən ödənişsiz təlimlərin təşkil oluması olduqca vacibdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

ABB Sahibkarlar Gününü müştəriləriilə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...

İlham Əliyev siyasəti: Vətəndə sülh, Bölgədə sülh, Dünyada sülh…

XXI əsrin əvvəllərində Cənubi Qafqaz dünya siyasətində uzunmüddətli münaqişələrin, geosiyasi qarşıdurmaların, etimad böhranlarının və hətta qanlı toqquşmaların ...