Saxta nikahlarla bağlı qanun necə tənzimlənəcək, qurunun oduna yaş da yanacaq? - AÇIQLAMA

Saxta nikahlarla bağlı qanun necə tənzimlənəcək, qurunun oduna yaş da yanacaq? - AÇIQLAMA

Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə qeyd olunub ki, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.


Belə ki, Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan Respublikasının vətəndaşı ilə nikah bağlamağı seçirlər.


Ölkəmizdə kifayət qədər sevərək əcnəbi vətəndaşla ailə quran da var.  Bəs sırf vətəndaşlıq almaq üçün qıyılan saxta nikahlar necə aşkarlanacaq? Bu məsələ necə tənzimlənə bilər?  


Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, məsələyə daha fərdi yanaşma olmalıdır:


“Bu, həqiqətən də, düşündürücü məsələdir. Burada daha fərqli bir prinsipə qol qoymaq lazımdır. Saxta nikahların müəyyən olunması daha rahat yolla ola bilər. Soydaşlıq prinsipinə də istisnalar düşünmək lazımdır, çünki azərbaycanlı kimliyinə sahib xarici ölkə vətəndaşı da gəlib, burada evlənmək istəyir. Onlar nə etsin bəs? Ona görə də məsələyə daha fərdi kontekstdə yanaşılması doğru olardı. Şərtlərdə buna imkan verə biləcək yanaşma olmaması ciddi problemləri özü ilə gətirib çıxaracaq”. 


Millət vəkili qeyd edib ki, bir qrup insan bu mövzuda problem yaşayacaq. Bu səbəbdən məsələyə bir də baxılmalıdır:


“Bu səbəbdən mövzu çox ciddi cilalanmış şəkildə təqdim olunmalıdır ki, sonradan insanlar əziyyət çəkməsinlər. Biz bu mövzunu bir də düşünməliyik. Qaşınmayan yerdən qan çıxarmağa ehtiyac yoxdur. Saxta nikahları məhdudlaşdırmaq istəyiriksə, təyin edən prinsipi doğru tapmalıyıq ki, problemlər bu qədər dərin və vətəndaşlara təsiredici səviyyədə olmasın”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir

Azərbaycan Mərkəzi Bankı (AMB) “K Group” MMC-yə qarşı tədbir görüb.    Sfera.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. &nbs...

TikTok yaradıcıları - Onlar poeziyanı təbliğ edir

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyici...

ABB Sahibkarlar Gününü müştərilərlə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...