Yol kənarındakı tut ağacının meyvəsindən yemək zərərlidir? - AÇIQLAMA

Yol kənarındakı tut ağacının meyvəsindən yemək zərərlidir? - AÇIQLAMA

Şəhərin mərkəzində yol kənarında olan tut ağaclarını hər kəs görür. Bəzi ağaclar necə deyərlər, boşuna məhsul vermiş olsa da, bəzilərindən vətəndaşlar yararlana bilir. Lakin bu istiqamətdə də fikirlər haçalanır. Belə ki, kimiləri həmin ağacların məhz yol kənarında olduğunu nəzərə alaraq, meyvəsinin ziyanını vurğulayır, kimiləri isə heç bir zərərinin olmadığı fikrini müdafiə edir.

 

Maraqlıdır, bu məsələdə haqlı olan tərəf kimdir?

 

Bu barədə Sfera.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, yol kənarında olan tut ağaclarının meyvəsi zərərli deyil:

 

“Bəli, çirkli hava kütləsi, yəni hava damcı yolu ilə gələn viruslar və bakteriyalar var. Amma tut yuyulmayan meyvə deyil axı.Yəni ağac bizim qapımızın qarşısında da olsa, biz tutu dərib yeyəcəyik, yaxud bağda da olsa. Bu meyvə açıq havada yetişən ağacın barıdır. Ona görə də meyvələr yuyulmadan yeyilməməlidir. Öncə dezinfeksiya olunacaq və sonra istehlak ediləcək. Yol kənarında olan tutlardan yeməkdə heç bir problem yoxdur. Əsas odur  ki, tut yuyulsun, axar su altnda durulansın, ondan sonra  yeyilsin”.

 

Mütəxəssis tutun faydalarından da söz açıb. O qeyd edib ki, əvvəllər hər kəsin həyətində və ya qapısının ağzında tut ağaclarına rast gəlmək mümkün idi, bu gün isə artıq ona laqeydliklə yanaşılır:

 

“Hətta yerə tökülən tut meyvəsinə bəzi həşəratların daraşdığı üçün ağacı kökündən kəsən insanlar da az deyil. Tut təbiətin möcüzəsidir. Onun faydalı təsirlərindən bu gün də demək olar ki, hər yerdə istifadə olunur. Bu meycə C, B, K, A və E vitaminləri, həmçinin kalium, maqnezium, manqan və dəmirlə zəngindir. Qara tut isə müxtəlif müalicəvi xüsusiyyətlərə malikdir – ondan sidik yollarının infeksiyaları, yuxarı tənəffüs yolları və boğaz xəstəliklərini müalicə etmək üçün istifadə olunur. Bundan əlavə, qara tut epilepsiya, başgicəllənmə, yuxusuzluq və ya depressiya üçün də faydalıdır. Tuta qara rəngi verən antosianin maddəsi isə yaşlanmağın qarşısını alır. Bura tut yarpaqları da daxildir”.

 

Ekspertin sözlərinə görə, dəmirlə zəngin olan tut bəhməzi də qan azlığına, boğaz infeksiyalarına, qaraciyərə, sümüklərin bərkiməsinə və immun sisteminin güclənməsinə xeyirlidir:

 

“Hələ qədim vaxtlardan tutu həm də qurudurdular və hətta bəzi ölkələrdə üyüdülmüş quru tutdan qatqı maddələri kimi də istifadə olunurdu. Yəni tut qurusunun da çox faydaları var. Xüsusilə, çay içərkən şəkər əvəzinə istifadə olunması daha məqsədəuyğundur. Tut qurusu həzm sisteminə, anemiya kimi qan xəstəliyinə, infeksiyaların orqanizmdən çıxarılmasına, qan təzyiqi və ürək-damar sisteminə də faydalıdır”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

TikTok yaradıcıları - Onlar poeziyanı təbliğ edir

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyici...

ABB Sahibkarlar Gününü müştərilərlə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib.    Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ...