Türkiyədə nə qədər işsiz var? - RƏSMİ AÇIQLANDI

İqtisadiyyat
14:22 / 10.06.2024
3490
Türkiyə Statistika Təşkilatı (TÜİK) ölkədə olan işsizlərin sayını açıqlayıb.
Sfera.az TÜİK-ə istinadən xəbər verir ki, 2024-cü ilin aprelində 15 və daha yuxarı yaşda olan işsizlərin sayı əvvəlki ayla müqayisədə 18 min nəfər azalaraq 3 milyon 42 min nəfər olub. Ölkədə işsizlik səviyyəsi 0,1 bənd azalaraq 8,5 faiz təşkil edib.
İşsizlik səviyyəsinin kişilər üçün 7,2 faiz, qadınlar üçün isə 11,1 faiz olduğu müəyyən olunub. Türkiyədə məşğul insanların sayı 32 milyon 618 min nəfər təşkil edib.
Ölkədə əmək qabiliyyətli insanların 49,5 faizi məşğuldur. Əmək qabiliyyətli insanların 8,5 faizi işsiz, qalanı isə iş axtarmayan (şagirdlər (15 yaşdan yuxarı – red.), tələbə, hərbi qulluqçular, işləmək istəməyən şəxslər və s.) şəxslərdir.
Vasif