"Qadın bu davranışı ilə ərinin məhəbbətini yox, nifrətini qazanır"- AÇIQLAMA

Cütlüklər arasında münasibətlərin korlanmasına müəyyən hallarda qadınlar səbəb olur. Qadınların bəzi davranışları kişilərin onlardan soyumasına və evdən uzaqlaşmasına səbəb olur.

 

Bəs kişiləri qadınlardan soyudan əsas davranış hansıdır?

 

Mövzu ilə bağlı Sfera.az-adanışan psixoloq Ləman Məmmədova bildirib ki, bəzən qadınlar kişilərin özlərindən muğayat ola bilməyəcəyini düşünərək, öz həyat yoldaşları ilə ana kimi davranır və onlarla uşaq kimi rəftar edirlər.

 

“Hər bir xanım ərinin həyatında yeganə qadına çevrilmək və daima aralarında isti münasibət olmasını istəyir. Amma bəzən qadınlar öz yersiz hərəkətləri ilə həyat yoldaşlarının pis davranışlarına məruz qalırlar. Onların ən böyük səhvi kişilərlə uşaq kimi rəftar etmələrindədir. Qadınlar elə düşünürlər ki, kişilər ailə həyatını idarə edə bilməzlər və onlar daima qadına möhtacdırlar. Kişilər isə sərbəstliyi xoşlayır və heç kimə tabe olmaq istəmirlər. Azadlıq və müstəqillik kişilərin ən əsas xüsusiyyətlərindən biridir. Buna görə də qadınlar kişilərlə uşaq kimi davranan zaman kişilər də qadınların əleyhinə tüğyan edirlər. Əsasən, ərlərini itirməmək və onları əldən verməmək qorxusu içində olan qadınlar həyat yoldaşları ilə ana kimi davranıb, onları özlərinə möhtac etmək istəyirlər. Qadınların fikrincə, belə olan zaman ərləri onlara möhtac olar və onsuz heçnə edə bilməzlər. Amma bunu edən zaman düşünmürlər ki, bir gün bütün oğlanlar analarından ayrılaraq müstəqil həyata addımlayırlar”.

 

Psixoloq qeyd edib ki, ərləri belə qadınları tərk edən zaman onlar psixoloji sarsıntı keçirirlər.

 

"“Axı mən anası kimi onun qeydinə qaldım, hər istəyini yerinə yetirdim” düşüncəsi ilə kişinin ayrılığı onları təəccübləndirir. Bu zaman səhvi özlərində yox, ərlərində axtarırlar. Qadın bu davranışı ilə yoldaşının məhəbbətini yox, nifrətini qazanır və onu evdən, ailədən uzaqlaşdırır. Kişilər hər yerdə öz sözlərinin keçməsini istəyirlər. Qadınlar kişiləri özlərinə möhtac edərək onlardan təşəkkür gözləyirlər. Lakin gözlənilənin tam əksi olur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bankdan “Bakı Kart”a qarşı tədbir

Azərbaycan Mərkəzi Bankı (AMB) “K Group” MMC-yə qarşı tədbir görüb.    Sfera.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. &nbs...

TikTok yaradıcıları - Onlar poeziyanı təbliğ edir

TikTok müasir dövrün ən nəhəng rəqəmsal platformalarından birinə çevrilib və burada yalnız əyləncəli videolarla deyil, həm də ədəbi dəyərləri yaşadaraq izləyici...

ABB Sahibkarlar Gününü müştərilərlə qeyd etdi

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib. Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştir...

Avropada enerji böhranı - Bu iki ölkə işıqsız qaldı - FOTOLAR

İspaniya və Portuqaliyanın böyük hissəsində baş verən elektrik kəsintisi nəticəsində telekommunikasiya şəbəkələri çöküb, metro və nəqliyyatda ciddi nasazlıqlar ...

Bu nazirliyin yubiley medalı təsis ediləcək

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi medalı təsis ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin mayın 1-də keçirilə...

Abşeron rayonunda Zərifə Əliyevanın 102 illiyi qeyd edilib - FOTOLAR

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti...