Bakının mərkəzində yaşayış binası yanır - FOTOLAR

23:30 / 09.06.2024
6534
Bakının Nəsimi rayonunun A.Puşkin küçəsində yaşayış binasında yanğın başlayıb.
Sfera.az report.az-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını, polis əməkdaşları cəlb edilib.
Güclü yanğın səbəbindən ərazi tüstüyə bürünüb.
Hazırda ərazidə yanğınsöndürmə tədbirləri davam etdirilir.