Bakı metrosunda ölüm

Bakı metrosunda ölüm

Bakı metrosunda sərnişin ölüb.

 

Sfera.az verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

 

Bildirilib ki, qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.

 

Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə 45-50 yaş aralığında olan sərnişin təəssüf ki, az sonra vəfat edib.

 

Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR