Misir dövlət başçısı: \"Prezident İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək\"

Misir dövlət başçısı: \

Azərbaycan Prezidenti İlham Əliyevin səfəri ikitərəfli əlaqələri gücləndirəcək.

 

Sfera.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

 

O, həmçinin Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib.

 

Əbdülfəttah əs-Sisi vurğulayıb ki, onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan danışıqlar iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

 

Onun sözlərinə görə, müzakirələr zamanı regional məsələlərə diqqət yetirilib: “Qəzzaya humanitar yardımın genişləndirilməsi məsələləri də müzakirə olunub”.


OXŞAR XƏBƏRLƏR