“Bitcoin”in dəyəri 70 min dolları ötdü

“Bitcoin”in dəyəri 70 min dolları ötdü

Dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul – red.) olan “Bitcoin”in dəyəri yenidən 70 min dolları ötüb.

 

Sfera.az xəbər verir ki, bu gün “Bitcoin”in dəyəri 3 faizdən çox artaraq 71 min dolları ötüb. Hazırkı qiymət martın əvvəlində qeydə alınan qiymətdən (73 min dollar) az olsa da “Bitcoin”in tədavüldə olduğu zamanın ən yüksək qiymətlərindən hesab olunur.

 

Son bir ildə “Bitcoin”in 2,6 dəfədən çox bahalaşması da mövcud qiymətlərin nə dərəcədə yüksək olduğunu təsdiqləyir.

 

“Bitcoin”in bahalaşması onun bazar dəyərini də yüksəldir. Dövriyyədə olan bütün “Bitcoin”lərin ümumi dəyəri 1,4 trilyon dolları ötüb.

 

Qeyd edək ki, “Bitcoin”in dəyəri dolların dəyərindəki dəyişiklikdən də asılı olur. Əgər dolların qlobal dəyəri azalarsa, “Bitcoin” bir qədər də bahalaşacaq.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...