Azərbaycanda özəl məktəblərin sayı ARTIB

Azərbaycanda özəl məktəblərin sayı ARTIB

Ötən il Azərbaycanda özəl məktəblərin sayı 2 vahid artıb.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ildə 32 olan özəl məktəblərin sayı 2023-cü ildə 34-ə yüksəlib.

 

Özəl məktəblərlərin sayı artsa da dövlət mülkiyyətində olan məktəblərin sayı azalıb. 2022-ci ildə 4 399 ədəd dövlət məktəbi olduğu halda, bu say 2023-cü ildə 4 388-ə düşüb. Bir il ərzində dövlət mülkiyyətində olan məktəblərin sayı 11 ədəd azalıb.

 

Özəl məktəblərin sayının artmasına şagird sayının artması səbəb olub. İlbəil özəl məktəblərdə təhsil alan şagirdlərin sayı artır. Bu məktəblərdə 2021-ci ildə 16,9 min şagird oxuduğu halda, 2022-ci ildə 20,1 min, 2023-cü ildə isə 23,5 min şagird oxuyub.

 

Son məlumata əsasən, Azərbaycandakı şagirdlərin 1,38 faizi özəl məktəblərdə təhsil alır.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...