"SSRİ-nin dağılmasını Rusiya rəhbərliyi istəyirdi"


SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov hesab edir ki, Sovet İttifaqının süqutuna Belovej razılaşmasının tərəfləri, ilk növbədə Rusiyanın o vaxtki rəhbərliyinin şəxsi ambisiyaları və rəyasətpərəstliyi səbəb olub.

Qorbaçov İnterfax-a müsahibəsində bildirib ki, o vaxt SSRİ-nin dağılmasının qarşısını almaq olardı.

"Desentralizasiya aparmaq lazım idi, belə ki, yeni respublikalar həm iqtisadi, həm də sosial istiqamətdə çox inkişaf etmişdirlər. Onlar faktiki olaraq sərbəst dövlətlərə çevrilmişdilər. Bunu nəzərə almaq lazım idi”, - sabiq prezident deyib.

Qorbaçovun sözlərinə görə, ölkəni dağıtmaq istəyənlərin qarşısını almaq mümkün olmadı.

"Mən ilk dəfə ağrı ilə xatırlatmaq istəyirəm ki, İttifaqı cəmiyyətin gözü önündə dağıdırdılar. Mən hər yerdə İttifaqın saxlanılmasına çağırırdım, xalq isə susurdu. Hər şeyi başa düşən ziyalılar da susurdular. Niyə? İnandılar ki, MDB də dövlətlər İttifaqı olacaq”, - SSRİ-nin keçmiş prezidenti qeyd edib.

"Onlar prezident olmaq istəyirdilər. İttifaqın dağılmasını ən çox Rusiya rəhbərliyi istəyirdi”, - Qorbaçov qeyd edib. (Oxu.az)



OXŞAR XƏBƏRLƏR

Müəmmalı bir mesaj buraxdı: Yaponiyanın ən gözəl qadını ölü tapılıb

"Yaponiyanın ən gözəl qadını" adlandırılan aktrisa Miho Nakayama “İnstaqram”da son ürpədici paylaşımını paylaşdıqdan sonra hamamda ölü tap...

ABŞ TikTok-un Amerika şirkətinin nəzarəti altına keçməsini dəstəkləyib

ABŞ məhkəməsi son qərara əsasən, TikTok sosial şəbəkəsinə nəzarətin Amerika şirkətinə verilməsi tələblərini dəstəkləyib. Sfera.az xəbər verir ki, bu barədə R...

Putinin geniş mətbuat konfransı bu tarixdə keçiriləcək

Dekabrın 19-da birləşmiş formatda Rusiya Prezidenti Vladimir Putinin birbaşa və geniş mətbuat konfransı keçiriləcək.   Sfera.az xəbər verir ki, ...

Ancelina Colinin oğlu gözlənilməz bir peşə seçib

Aktrisa Ancelina Coli Cimmi Fallonun “The Tonight Show” verilişində övladlığa götürdüyü 23 yaşlı oğlu Maddoksun gözlənilməz bir peşə seçdiyini açıql...

Makron Tramp və Zelenskini qəbul edəcək

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın yeni prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenskini dekabrın 7-də Yelisey Sarayında qəbul edəcək. ...

Rumıniya Prezidenti İohannis: Seçkilər buna görə ləğv olub...

Rumıniyada keçirilən prezident seçkilərində ilk turda qalib gələn müstəqil namizəd Kalin Georgeskunun seçki kampaniyası xarici dövlətdən dəstək aldığı üçün seçk...