Dollar sabit qaldı, avro bahalaşdı
09:23 / 08.12.2016
1182
Manat türk lirəsinə qarşı 2% ucuzlaşıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 7-i ilə müqayisədə dəyişməyərək 1,7369 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8625 manatdan 1,8716 manatadək artıb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0272 manatdan 0,0274 manatadək bahalaşıb.
Türkiyə lirəsinin məzənnəsi isə 0,5035 manatdan 0,5134 manatadək artıb. Məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1995 manatdan 2,1974 manatadək ucuzlaşıb. Gürcüstan larisinin məzənnəsi isə ötən günlə müqayisədə 0,6785 manatdan 0,6772 manatadək azalıb.