“ABBA” illər sonra yenidən birləşdi

İsveçin əfsanəvi “ABBA” qrupunun üzvləri (77 yaşlı Benni Andersson, 74 yaşlı Agnetha Fältskog, 78 yaşlı Agnetha Fältskog, 78 yaşlı Anni-Frid Lyngstad və 79 yaşlı Björn Ulvaeus) Kral XVI Karl Qustaf və Kraliça Silvia tərəfindən keçirilən cəngavər mərasimində yenidən bir araya gəliblər.
Sfera.az bildirir ki, “ABBA” üzvləri“Vasa Kral Ordeni”ni alan ilk şəxslər olublar.
Qeyd edək ki, “Vasa Kral Ordeni” yarım əsrdən bəridir keçirildə də, qalib ilk dəfədir seçilir. Bu cəngavər ordeni İsveç və beynəlxalq musiqi həyatında görkəmli səylərinə görə sənətçilərə təqdim edilir.
“ABBA”ya verilən cəngavər rütbəsi “adi İsveç vətəndaşları" üçün 1975-ci ildən bəri dayandırılıb. 2022-ci ildə bərpa edilsə də, qrup demək olar ki, yarım əsrdə ilk dəfə “Vasa” ordenini alan ilk şəxslər olublar.
Musiqiçilərdən başqa, fizika üzrə 2023-cü il Nobel mükafatı laureatı da daxil olmaqla, daha 13 nəfər bu mükafata layiq görülüb.
Xatırladaq ki, “ABBA” 1970-ci illərdə yaranıb. Beynəlxalq şöhrət onlara 1974-cü ildə "Waterloo" hiti ilə “Eurovision” Mahnı Müsabiqəsində qalibi olduqdan sonra gəlib.
Qrupun digər məşhur hitləri arasında "Mamma Mia", "Dancing Queen" və "Gimme! Gimme! Gimme!" var.
1982-ci ildə qrup fəaliyyətlərinin bitdiyini elan edərək, ayrılıblar. Təxminən 40 il sonra, 2021-ci ildə “ABBA” “Voyage” albomu üzərində işləmək üçün yenidən birləşib. Qrup 2022-ci ildə bir sıra virtual konsertlərin premyerasını edib.
Mövcud olduğu müddətdə “ABBA” beş “Grammy” mükafatına namizəd olub. Onların musiqisi 1999-cu ildə “Mamma Mia” musiqili filminin, eləcə də onun iki film uyğunlaşmasının əsasını təşkil edib.
Aynil
Sfera.az