Üz transplantasiyası keçirən adama itlərinin reaksiyası - VİDEO

Üz transplantasiyası keçirən adama itlərinin reaksiyası - VİDEO

ABŞ-dan olan 24 yaşlı Co DiMeo 2020-ci ildə üz və əl transplantasiyası üçün ümumilikdə 23 saatlıq cərrahi əməliyyat keçirib. Buna səbəb isə daha əvvəl Co DiMeonun dəhşətli avtomobil qəzasına düşərək, bədəninin 80%-nin üçüncü dərəcəli yanıq xəsarətləri alması olub.


Qəzadan sonra ilk bir neçə il ərzində Co DiMeo hamıdan, hər şeydən qaçıb. O, valideynlərinin evində gizlənirdi. Lakin bir gün risk etmək qərarına gəlib və kömək üçün plastik cərraha müraciət edib. Beləliklə, Co DiMeo üz transplantasiyası əməliyyatı keçirib.

 

Sfera.az bildirir ki, bu yaxınlarda Co “TikTok”da izləyicilərinə itlərin onun yeni görünüşünə necə reaksiya verdiyini göstərib. 

 

Conun indi tamamilə fərqli üzü və əlləri olmasına baxmayaraq, onun itləri Buster və Kirkland heç bir problem olmadan sahibini tanıyıblar.

 

Co DiMeo: "Buster qəzadan və transplantasiyadan sonra yanıqlarımı gördü. Transplantasiya ediləndə valideynlərim onu ​​xəstəxanaya gətirdilər. O, düz üstümə qaçdı. Çoxlu və öyrəşmədiyi yada adamlar olmasına baxmayaraq, yanımdan ayrılmadı”.


Oğlanın 32 yaşlı sevgilisi Cessika Kobe onunla hələ tibb bacısı məktəbində tələbə olarkən, tanış olub. O, Coya çox böyük dəstək olub. Əvvəlcə sosial şəbəkələrdə yazışan cütlük daha sonra görüşməyə və birlikdə yaşamağa başlayıb.

 

Yeri gəlmişkən, qəzadan sonra ilk bir neçə il ərzində Co özünü bütün ətrafdan təcrid edərək valideynlərinin evində gizlənib, lakin bir gün risk etmək qərarına gələrək, son dərəcə çətin bir əməliyyat keçirməyə razı olub. 47 yaşlı naməlum donorun üzü ona köçürülüb.

 

Co müntəzəm olaraq sosial mediada inanılmaz hekayəsini paylaşır, lakin tez-tez trollar tərəfindən edənlərin hədəfinə çevrilir. Onlar Conu sevgilisi Cessikanı əldə etməyə çalışan “ovçu” adlandırılır. 


İndi Co qolf, həmçinin bilyard oynayır, ştanq qaldırır və hətta yenidən sükan arxasına keçməyi düşünür. Bundan əlavə, öz kitabı üzərində işləyir. Kitabda o, həyatındakı bütün nailiyyətləri və uğursuzluqları ətraflı təsvir etməyi düşünür.

 

@joestransplantjourney Replying to @moonpiebby ♬ original sound - Joe DiMeo

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...