Cennifer Lopez turunu ləğv etdi: Səbəb nədir? 

Cennifer Lopez turunu ləğv etdi: Səbəb nədir? 

Müğənni Cennifer Lopez "This Is Me... Now" qastrolunu ləğv edib. J.Lo qərarını ailəsi və dostları ilə daha çox vaxt keçirmək istəyi ilə izah edib.

 

Sfera.az bildirir ki, son aylar Cennifer təkcə şəxsi həyatında deyil, həm də karyerasında bir sıra uğursuzluqlarla üzləşib.

 

“Fevral ayında elan edilən tur “This Is Me” albomunun bir hissəsi idi... Əsasən özünə və aktyor Ben Affleklə romantik sevgisinə yönəlmiş, düzünü desək, kifayət qədər iddialı bir albom/tur/iki film layihəsi idi” deyə jurnalistlər qeyd edir.

 

Bununla belə, filmlər müəyyən qədər uğur qazansa da, albom uğursuzluqla nəticələndi və tezliklə tur üçün bilet satışının çox zəif olduğu barədə şayiələr yayılmağa başladı. Bunu, media hesabatları və şayiələr ilə yanaşı, biletlərin necə satıldığını göstərən “Ticketmaster”in cədvəlləri də təsdiqləyib.

 

Uğursuzluğu qismən də olsa, xilas etmək üçün Lopez tura yeni albomdan daha çox karyerasının ən böyük hitlərini əlavə edərək, səssizcə "This Is Me... Live" konsert tur adını dəyişdi. Bu, bilet satışlarını bir qədər canlandırsa da, uzun müddət davam etmədi. Nəticədə hər şey gözlənilən şəkildə başa çatıb : sənətçinin komandası turun ləğvini elan etdi.


“Konsertin təxirə salınmasının heç bir səbəbi rəsmi olaraq bildirilmədi (ailə ilə daha çox vaxt keçirmək adətən siyasətçilər və ya baş direktorların xoşagəlməz səbəblərə görə vəzifədən istefa verərkən dedikləridir). Müğənniyə yaxın mənbələr, uğursuzluğu dilə gətirməkdən qaçsa da, Nyu-York və Los-Anceles kimi bazarlarda turun necə yaxşı getdiyi barədə ürəklə açıqlamalar verirdilər.


Artıq konsertin təxirə salınmasının səbəbinə şübhə ilə yanaşan pərəstişkarlar da media ilə razılaşır.

 

Daha əvvəl bildirilmişdi ki, turun təşkilatçısı “Live Nation” və onun menecerləri müğənnini turu ləğv etməyə çağırsalar da, Lopes bununla razılaşmayıb.

 

"Live Nation” bilet satışının olmamasından çox narahatdır. Ceniffer özü də çıxış edəcəyi stadionlarda boş oturacaqları görəndə özünü narahat hiss etməsini istəmir. Lakin Ceniffer turu ləğv etməyi də qüruruna sığışdırmır, ona görə də indi nə olursa olsun, təşkilatçılar JLo-nu fikrini dəyişməyə inandıra bilməyəcəklər”- deyə məlumat verənlər bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...