Dağa çırpılan təyyarə sərnişinləri həyatlarının son dəqiqələrini lentə alıblar - DƏHŞƏTLİ VİDEO

Dağa çırpılan təyyarə sərnişinləri həyatlarının son dəqiqələrini lentə alıblar - DƏHŞƏTLİ VİDEO

Təyyarə sərnişinləri təsadüfən son anlarını ürpədici kadrlara çəkiblər. Dəhşətli videonu məşhur “Reddit” forumunda NightOwlTokyo ləqəbli istifadəçi paylaşıb.
 

Sfera.az bildirir ki, təyyarə Erebus dağına çırpılıb və göyərtəsində olan 257 nəfərin hamısının həlak olub. Qəzadan əvvəl insanlar Antarktida üzərində görməli yerləri gəzirdilər.

 

Qısa videoda Oklenddən Antarktidaya səyahət edən “Air New Zealand 901” reysi ilə hər yaşda olan insanların həyəcanla kabinədə hərəkət etməsi, pəncərələrdən şəkil çəkdirməsi göstərilir. Faciəli hadisə 1979-cu il noyabrın 28-də baş verib. Kapitan-pilot Cim Kollinz sərnişinləri daha yaxşı mənzərə ilə təmin etmək üçün təyyarəni təxminən 609 metr hündürlüyünə qaldırıb.


Sonuncu hesab edilən və yıxılma anında çəkilmiş fotoşəkillərdən birində yanacağın illüminatora necə sıçramağa başladığı göstərilir.

 

Təyyarənin qalıqlarından kameralar çıxarılıb, onların köməyi ilə qarla örtülmüş mənzərəni çox detallı şəkildə əks etdirən fotoşəkillər əldə etmək mümkün olub. İlkin araşdırma zamanı belə qənaətə gəlinib ki, qəzaya səbəb pilot xətası olub. Lakin ictimaiyyətin etirazı ekspertləri faktları bir daha yoxlamağa məcbur edib. Bundan sonra müəyyən edilib ki, qəzaya səbəb fəlakət ərəfəsində uçuş marşrutunun koordinatlarına düzəliş edilməsi olub.

 

Ekipaj bu dəyişiklik barədə məlumatlandırılmayıb və təyyarənin Erebus dağına yönləndirildiyini dərk etməyib.


Kokpitdən götürülmüş son səsyazmalarında pilotların təyyarənin təhlükəli dərəcədə uçuruma yaxın olması barədə xəbərdarlıqları eşidilir. Altı saniyə sonra təyyarə yamaca çırpılıb. 


 

Bir çoxları hələ də “Air New Zealand”ı ən ölümcül qəzasını planlı yalanlarla ört-basdır etməkdə günahlandırır.

 

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...