Ukraynalılar müharibədən yayınmaq üçün BUNU EDİRLƏR - Nazirlikdən SƏRT AÇIQLAMA

Ukraynada müharibədən yayınmaq üçün magistraturaya və aspiranturaya sənəd verən kişilərin sayı bir neçə dəfə artıb.
Sfera.az Ukayna mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı ölkənin təhsil və elm nazirinin müavini Mixail Vinnitskin açıqlayıb.
Nazir müavini deyib ki, ilk dəfə olaraq magistraturaya və aspiranturaya sənəd verən kişilərin sayı 200 mini ötüb. Əvvəlki illərdə bu cür imtahanlara girən kişilərin sayı 110-120 min nəfər olurdu.
Vinnitski qeyd edib ki, Ukraynanın Təhsil və Elm Nazirliyi bunu cavabsız qoymayacaq:
“Bu il imtahan olduqca çətin keçəcək. Biz istəyirik ki, təhsil almaq hüququna bunu həqiqətən istəyən malik olsunlar. Təhsil hərbi xidmətdən yayınma vasitəsi olmamalıdır, ona görə də kifayət qədər ciddi və çətin seçim sistemi olacaq”.
Ukraynada mövcud olan qaydalara əsasən, ali məktəb və peşə təhsili üzrə əyani təhsil alan tələbələr hərbi xidmətə çağırıla bilməz.
Vasif