Meksika tarixində BİR İLK: Qadın prezident SEÇİLDİ - FOTOLAR

Meksika tarixində BİR İLK: Qadın prezident SEÇİLDİ - FOTOLAR

Meksikada prezident seçkilərinin nəticələri açıqlanıb.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Klaudiya Şeynbaum seçkilərin qalibi olub.

 

Ölkənin ilk qadın prezidenti olan 61 yaşlı siyasətçi sentyabrda fəaliyyətə başlayacaq.

 

O, yəhudi ailəsində böyüyüb. 2000-ci illərin əvvəllərində ölkənin hazırkı Prezidenti Andres Manuel Lopez Obradorun rəhbərlik etdiyi hökumət kabinetində Mexiko şəhərinin ətraf mühit üzrə katibi olub. 2018-ci ildə Şeynbaum Mexiko şəhərinin meri seçilib. Hakim partiyanın nümayəndəsi və Mexiko şəhərinin meri Klaudiya Şeynbaum ilkin hesablamalardan sonra səslərin 57,28%-dən çoxunu toplayıb.

 

Seçicilər prezidentlə yanaşı, federal və yerli səviyyələrdə 500 deputat, 128 senator və 20 min 708 vəzifə üçün də seçim ediblər.

 

Qeyd edək ki, seçkilərdə diqqət çəkən digər məsələ isə siyasətçilərin öldürülməsidir. Sui-qəsdlər nəticəsində ümumilikdə 38 siyasətçi həyatını itirib. Beləliklə, 2024-cü il ölkənin ən qanlı seçkiləri kimi qeydə alınıb.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...