Polisdən Abşeronda ƏMƏLİYYAT - Saxlanılanlar var

Polisdən Abşeronda ƏMƏLİYYAT - Saxlanılanlar var

Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.

 

Bu barədə Sfera.az-a DİN-dən məlumat verilib.

 

Bildirilib ki, Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda 3 nəfər şəxsin bank kartlarından 400, 220 və 442 manat pullarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumatlar daxil olub.

 

“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 1996-cı il təvəllüdlü N.Məmmədova müəyyən olunaraq saxlanılıb. Eyni zamanda, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri digər tədbirlərlə müxtəlif vaxtlarda daha 2 nəfər şəxsin bank kartlarından 310 və 6000 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluq və dələduzluğa görə məhkum olunmuş Raqif Məmmədov müəyyən olunaraq saxlanılıb”.

 

Məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir şəxsin bank kartından 480 manat pulunu oğurlamaqda şübhəli bilinən Zaur Məmmədov müəyyən olunaraq saxlanılıb:

 

“Faktlarla bağlı araşdırmalar aparılır”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...