5,9 bal gücündə zəlzələ oldu, sunami XƏBƏRDARLIĞI EDİLDİ

5,9 bal gücündə zəlzələ oldu, sunami XƏBƏRDARLIĞI EDİLDİ

Bu ilin əvvəlində bir sıra güclü zəlzələlərin baş verdiyi Yaponiyanın İşikava prefekturasında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

 

Zəlzələnin episentri Noto yarımadası ərazisində, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami xəbərdarlığı edilib, lakin zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. İlk zəlzələdən 10 dəqiqə sonra eyni ərazidə eyni maqnitudada daha bir zəlzələ baş verib. Sakinlərə daha çox zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq edilib, sakit və ayıq-sayıq olmağa çağırılıb.

 

Yaponiya enerji şirkətləri bildiriblər ki, silsilə güclü zəlzələlər yerli nüvə obyektlərində heç bir fövqəladə vəziyyətə səbəb olmayıb. Xüsusilə, ölkədə zəlzələlərin baş verdiyi bölgədə yerləşən Kaşivazaki-Kariva və Şika Atom Elektrik Stansiyalarında heç bir fövqəladə vəziyyət və ya fon radiasiya səviyyələrində dəyişiklik baş verməyib.

 

Qeyd edək ki, yanvarın 1-dən etibarən Yapon dənizi sahilində İşikava prefekturasının Noto yarımadası yaxınlığında müxtəlif maqnitudalarda silsilə zəlzələlər baş verib. Onlardan ən güclülərinin maqnitudası 7,6 olub və güclü sunamiyə səbəb olub. Təbii fəlakət nəticəsində 240-dan çox insan həlak olub, 1100-dən çoxu yaralanıb. Ümumilikdə 38 min 600 ticarət, inzibati və yaşayış binası tamamilə və ya qismən dağılıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...