Həbslərə görə dünya rekordu qıran cinayətkar vəfat etdi - FOTOLAR

Həbslərə görə dünya rekordu qıran cinayətkar vəfat etdi - FOTOLAR

Kentukki ştatının Leksinqton sakini Henri Earl 1300 dəfə polis tərəfindən həbs edilərək dünya rekordu qırmaqla məşhurlaşıb. Ümumilikdə isə o, dəmir barmaqlıqlar arxasında 6000 gün keçirib.

 

Sfera.az bildirir ki, Henri cinayətlərinin böyük əksəriyyətini içkili vəziyyətdə törədib.

 

Henri Erl ilk dəfə 1970-ci ildə həbs edilib. Son dəfə o 7 il əvvəl həbs edilib. Henri cinayətlərinin böyük əksəriyyətini spirtli içkinin təsiri altında törədib.

 

Qeyd edək ki, təkrar cinayət törədənlərin polis qeydləri yalnız 1992-ci ildə, regionda islah müəssisələri kağız sənədləri rəqəmsallaşdıran zaman başlayıb. Əslində, onun məhsuldar cinayətkar fəaliyyəti hələ ötən əsrin 70-ci illərində başlayıb və onun cinayət statistikası qeyri-rəsmi 1,5 min epizod sayına çata bilər.


Henri övladlığa götürən anası ölərkən 18 yaşında olub. Məhz bu dövrdə də içkiyə başladığını iddia edir. O, son işinin 1969-cu ildə mətbəx köməkçisi və qabyuyan kimi yerli moteldə olduğunu deyir. Erl sərxoş halda işə gəlməklə, işini itirib, tezliklə evsiz də qalıb. O, ilk dəfə 20 yaşında, 1970-ci ilin iyulunda gizli silah gəzdirdiyinə görə həbs edilib.

 

Uzun cinayət tarixinə baxmayaraq, o, dərhal məşhur olmayıb. Onun şöhrət qazanması yumoristik saytlardan biri həbs zamanı çəkilmiş cinayətkarların fotoşəkillərini dərc etdikdən sonra başlayıb. 

 

Həbsxana sənədlərinə görə, Henri adətən dəmir barmaqlıqlar arxasında bir neçə gün keçirdikdən sonra sərbəst buraxılıb.

 

Bir vaxtlar Henri hətta o qədər məşhurlaşıb ki, aparıcı Cimmi Kimmeldən “ABC” telekanalında məşhur şounun qəhrəmanı olmaq üçün dəvət alıb. Lakin o, həbsxanada olduğu üçün çəkilişə gələ bilməyib.

 

Henrinin ən son həbsi 2017-ci ilin aprelində ictimai sərxoşluğa görə olub.

 

Lakin həmin il xəstələnib və həyatının son yeddi ilini Owenton Tibb Mərkəzində reabilitasiyada keçirib. 


74 yaşlı məşhur yerli qəbiristanlıqda dəfn edilib. Mərasimə yalnız xəstəxana işçiləri qatılıb və onlar Henrini insanları güldürməyə çalışan və yaxşı insan kimi təsvir ediblər.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...