Qadın olmaq üçün 160-dan çox plastik əməliyyatlar etdirib

40 yaşlı braziliya əsilli britaniyalı teleaparıcı və "OnlyFans" ulduzu, Cessika Alvesin anadan olarkən adı Rodriqo olub. O, çoxlu sayda plastik əməliyyat keçirməsi ilə məşhurlaşıb.
Sfera.az bildirir ki, 160-dan çox plastik prosedurdan, o cümlədən onu tanınmaz dərəcədə dəyişdirən əməliyyatlardan keçən Cessika hər yerdə bədənini nümayiş etdirir. O, bu yaxınlarda 7 milyon abunəçisi olan “İnstaqram” səhifəsində çimərlik və alt paltarında fotolarını paylaşıb.
Son paylaşımlarının birində Cessika və ya Rodriqo qızılı rəngli mikro bikinidə şəkillərini paylaşıb. O, çimərlik paltarında qızıl bilərziklər və qızıl üzüklərini də taxmağı unutmayıb.
Başqa bir paylaşımda Alves çılpaq bədən geyimi ilə otel otağında çarpayıda pozalar verir.
Qeyd edək ki, transgender qadın ABŞ-da ona öz tok-şousunu təqdim etmək təklif edildikdən sonra məşhurlaşıb. İndi o, tez-tez öz səhifəsində studiyadan videolar yerləşdirir və eyni zamanda əyri fiqurlarını nümayiş etdirməkdən çəkinmir.
Cessika və ya Rodriqo verdiyi müsahibədə Amerikanı fəth etmək arzusunda olduğunu bildirib:
“Mənə NBC ilə müqavilə təklif etdilər ki, onun formatı Böyük Britaniyadakı “Loose Women” kanalına çox bənzəyir. Burada veriliş həm ingilis dilində, həm də yarısından çoxu ispan dilindədir. ABŞ-ın yarısı ispanca danışır. Mən burada ispanca komikslərlə yeddi televiziya şousunda iştirak etmişəm. İndi Amerikanın növbəti sevimlisi olmağa hazıram, çünki reytinqlər çox yaxşıdır".
Əvvəllər Cessika İspaniyanın "La Mesa Caliente" və "Hoy Dia" tok-şoularında da qonaq olub.
Uzun illər qazandığı populyarlıq artıq onun başına bəla olub. Model və teleaparıcı, son altı həftə ərzində İngiltərədə bir nəfər tərəfindən təqib edilib. Məhz buna görə də ABŞ-dan gələn iş təklifini məmnuniyyətlə qəbul edib. Dediyinə görə, o hətta, çölə çıxmağa belə qorxub.
Sosial mediada mütəmadi olaraq paylaşımlar edən Cessika dostları ilə birlikdə olarkən belə hər yerdə bir kişinin ona baxdığını bildirib.
Cessika dəfələrlə polis çağırmalı olub. Kişi onu o qədər qorxudub ki, qapı və pəncərələrinə yüksək texnologiyalı təhlükəsizlik siqnalları quraşdırıb, hətta mühafizə üçün sürücü də işə götürüb.
Sonradan kişi başqa bir iş üzrə həbs edilib və teleaparıcı rahat nəfəs alıb.
Rodriqodan Cessikaya qədər
Rodriqo Alves 30 iyul 1983-cü ildə Braziliyanın Sao Paulo şəhərində anadan olub. Anası yerli, atası isə portuqal əsilli ingilisdir. Cütlük biznesə kənd təsərrüfatı sahəsində başlayıb, sonra ə supermarketlər, ticarət mərkəzləri və daşınmaz əmlaka qədər genişləndiriblər.
Alves 18 yaşında Londona köçüb. Ona ana nənə və babasından çoxlu pul miras qalıb.
Məhz o zaman plastik cərrahlara başlayıv. 2018-ci ilin yanvar ayına qədər Alves 51-i plastik əməliyyat olmaqla 103 estetik prosedura 500.000 funt sterlinqdən bir qədər çox pul xərcləyib. O, liposaksiya əməliyyatı keçirib, çiyinlərinə və bir çox yerlərinə gel doldurucular vurulub, saç implantasiyası və bir neçə üz gərmə əməliyyatı edib, rəngli kontakt linzalar taxıb və on iki rinoplastika əməliyyatı keçirdib.
O, bütün bunları “Barbi”dəki Kenə bənzəmək üçün etdiyini bildirib. Əməliyyatlara xərclənən məbləğ 650 min funt-sterlinqi keçib və dünya mediası müzakirə üçün yeni bir mövzu tapıb.
Aynil
Sfera.az