Gənc Leonardo da Vinçi: 2 yaşlı uşaq rəsmlərini 7000 dollara satır - FOTO

Gənc Leonardo da Vinçi: 2 yaşlı uşaq rəsmlərini 7000 dollara satır - FOTO

İkinci Leonardo da Vinçi adlandırılan Almaniyadan olan iki yaşlı uşaq rəsmlərini 7 min dollara satır. Gənc dahi ətrafında yaranan həyəcan hətta kolleksiyaçıları növbəyə durmağa məcbur edib.


Sfera.az bildirir ki, Laurent Schwartzın sənətə olan hədsiz həvəsini keçən payızda ailəvi tətil zamanı valideynləri kəşf edib. Liza və Filip uşaqlarının oyun otağında rəsm çəkməyə aludə olub, ordan ayrılmaq istəmədiyini görüblər. 

 

Evə qayıtdıqdan sonra valideynlər uşaq üçün bütün lazımi avadanlıqla təchiz olunmuş sənət studiyası qurublar. İndi onun inanılmaz şah əsərlərini yaratmasına heyranlıqla baxırlar.


"Loran bütün fiqurları öz abstraksiyalarına inteqrasiya edir. Orada müxtəlif heyvanları görə bilərsiniz, məsələn, sevimli filləri, dinozavrları və atları. Onun üçün vacib olan, bütün bunların parlaq və rəngarəng olmasıdır, ona görə də qəhvəyi və digər cansıxıcı rənglər heç ona uyğun deyil" - deyə anası izah edir. 

 

Ana hətta oğlunun işlərini paylaşmaq üçün “İnstaqram” səhifəsi də yaradıb. İndi gənc dahinin işini 29 min abunəçi izləyir.

 

"O, nə vaxt rəsm çəkəcəyinə qərar verir, bəzən 3-4 həftə ərzində studiyada görünmür, lakin sonra qəfil prosesə başı qarışır" - deyə ana əlavə edir.

 

Bu il Laurentin əsərləri Münhenin ən böyük incəsənət sərgisi olan ART MUC (Almaniya) sərgisində satılıb. Sənət biliciləri hətta növbəyə durmalı olublar. Çə ünki rəssamın demək olar ki, bütün əsərləri artıq satılıb və bəzilərinin qiyməti təxminən 7 min dollara çatıb.


Valideynlər oğlanın qazandığı bütün pulları 18 yaşında özü götürüb xərcləməsi üçün bank hesabına qoyurlar.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...