Dünyanın ən böyük seçkisi başa çatır - Bu gün son səsvermədir

Dünyanın ən böyük seçkisi başa çatır - Bu gün son səsvermədir

Dünyada ən çox seçicinin iştirak etdiyi seçkilər bu gün başa çatacaq. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanda 968 milyon seçicinin iştirak etdiyi seçkidə Xalq Assambleyasının (Lok Sabha) üzvləri müəyyənləşəcək. 
Hindistanda seçki qanunlarına görə, parlamentin aşağı palatası olan Xalq Assambleyasının üzvləri 7 mərhələdən sonra müəyyənləşir. 


Aprelin 19-da başlayan seçkilərin yekun mərhələsində 57 seçki dairəsində 904 namizəd mübarizə aparır. Bu gün 8 ştatda seçki keçiriləcək. Səkkiz ştatda təxminən 100,6 milyon seçici səs vermək hüququna sahibdir. 


Seçkilərdə əsas mübarizə hazırki Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Bharatiya Janata Partiyasının (BJP) başçılığı ilə qurulan Milli Demokratik Alyansı (NDA) ilə müxalifət partiyalarının əksəriyyətinin qoşulduğu Hindistan Milli koalisiyası arasında gedir. 


Seçkinin nəticələri iyunun 4-də açıqlanacaq.


Vasif


OXŞAR XƏBƏRLƏR

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....