Neft daha da UCUZLAŞDI – SON QİYMƏT

İqtisadiyyat
13:23 / 01.06.2024
11545
Neft qiymətləri dünən həftənin son iş günündə bir qədər də enib. Bununla da neft qiymətlərində enmə üçüncü ayına keçib. Təxminən üç ay əvvəl neft qiymətləri indikindən 10 dollar yüksək idi.
Sfera.az xəbər verir ki, ucuzlaşmadan sonra “Brent” markalı neftin dəyəri 81,3 dollar olub.
Mövcud qiymətlər son 5 ayın ən aşağı qiymətləridir.
“Brent” markalı neftlə bərabər Azərbaycanın ixrac etdiyi "Azeri Light" markalı neft də ucuzlaşıb. Azərbaycan neftinin qiyməti bir dollardan çox azalaraq 82,75 dollara düşüb.
Birja analitiklərinin şərhinə əsasən, neft qiymətlərində son enmələr ABŞ Mərkəzi Bankının faiz dərəcələrini daha bir müddət endirilməyəcəyinə dair açıqlaması və ABŞ-də benzin ehtiyatlarının artması ilə izah olunur.
Vasif