Ərəblər Yapı Kredi Bankını ala bilmədilər - SƏBƏB

Ərəblər Yapı Kredi Bankını ala bilmədilər - SƏBƏB

“Koç Holdinq” şirkəti sahibi olduğu “Yapı ve Kredi Bankası”nı Birləşmiş Ərəb Əmirliyinə məxsus banka satmaqdan imtina edib. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı “Koç Holdinq” açıqlama verib. 


Açıqlamada deyilir ki, “First Abu Dhabi Bank” ilə aparılan danışıqlarda heç bir nəticə əldə edilməyib və buna görə də danışıqların dayandırılması qərarlaşdırılıb. 
Türkiyə mediasında yayılan məlumata əsasən, “Koç Holdinq” “Yapı ve Kredi Bankası”nda 61,2 faiz paya sahibdir. Ötən həftə “Koç Holdinq” sahib olduğu səhmlərin 8 milyard dollara satılması üçün “First Abu Dhabi Bank” ilə danışıqlar aparıb. 


Şirkətin məlumatından görünür ki, ərəblər bu qiymətə bankı almaq istəməyiblər. 


Qeyd edək ki, “Koç Holdinq”in sahib olduğu bank 2000-ci ildən Azərbaycanda da fəaliyyət göstərir. “Yapı Kredi Bank Azərbaycan” QSC-nin  aktivlərinin həcmi 544 milyon manat, səhmdarların kapitalı isə 55,4 milyon manatdır. “Koç Holdinq”in bankı Azərbaycanın bank bazarında güclü mövqeyə sahib deyil.


Vasif


OXŞAR XƏBƏRLƏR

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...