Stüardessanın bağırsağından təxminən 1 kq qızıl tapıldı - FOTO

Bir stüardessa bir kiloqram qızılı düz bağırsağında gizlədərək, Maskatdan Kannura (Oman-Hindistan) uçmağa cəhd göstərib.
Sfera.az bildirir ki, stüardessa Surabhi Xatun qaçaqmalçılıq etdiyinə görə həbs edilib.
Gəlir Kəşfiyyatı Müdirliyi Kannur Beynəlxalq Hava Limanında Kəlkütə əsilli ekipaj üzvü Surabhi Xatunun qarşısını alıb.
Axtarış zamanı onun düz bağırsağında gizlədilmiş 960 qram qaçaqmal qızıl ərintisi aşkar edilib.
Dindirilmə və istintaqdan sonra stüardessa məhkəmə qarşısına çıxarılıb və ona 14 sutka həbs cəzası verilib. Qeyd edək ki, Hindistanda ilk dəfədir ki, aviaşirkətin ekipaj üzvü qızıl qaçaqmalçılığına görə belə qeyri-adi şəkildə həbs edilir.
Faktla bağlı ətraflı araşdırmalara başlanılıb. İndiyə qədər toplanmış dəlillərlə sübuta yetirilib ki, saxlanılan şəxs əvvəllər bir neçə dəfə qızıl qaçaqmalçılığı ilə məşğul olub.
Jurnalistlər bu məsələ ilə bağlı şərh almaq üçün aviaşirkətin nümayəndəsi ilə əlaqə saxlasalar da, hələlik cavab almayıblar.
Aysel
Sfera.az