Bred Pitt qızı ilə yenidən barışacağına ümid edir

Bred Pitt qızı ilə yenidən barışacağına ümid edir

Bred Pitt 18 yaşlı qızı Şilo ilə münasibətlərini bərpa edə biləcəyinə əmindir.

 

Sfera.az bildirir ki, məşhur ulduz cütıüyün qızı Şilohun artıq 18 yaşı tamam olub. İndi Ancelina Coli qızına atasını görməyi qadağan edə bilməz.


Qeyd edək ki, bir zamanlar Ancelina Coli keçmiş əri Pittin 2016-cı ildə şəxsi təyyarədə sərxoş halda onu və oğlunu təhqir etdiyini, digər uşaqlara da fiziki şiddət göstərdiyini iddia edib. O vaxtdan bəri altı uşağın hamısı Bredlə gərgin münasibətdə olub.

 

İndi Pittə yaxın bir mənbə iddia edir ki, Hollivud ulduzu 2024-cü il mayın 27-də 18 yaşı tamam olan bioloji qızı Şilo ilə münasibətlərini gücləndirə biləcəyinə inamlıdır. Qız artıq yetkin olduğundan, atası ilə vaxt keçirib-keçirməyəcəyinə özü qərar verə bilər.


"İndi Şilohun 18 yaşı var. O, atası ilə münasibətlərini necə quracağına özü qərar verə bilər".

 

Bundan əlavə, mənbə bildirib ki, məşhur cütlük boşandıqdan sonra Coli uşaqlarında atalarına qarşı mənfi fikir formalaşdırıb. 

 

"Yetkinlik yaşına çatmayanlarda hələ də belədir, lakin Şilo artıq yetkinlik yaşına çatıb. Onu yönləndirmək çətindir” - deyə mənbə əlavə edib.

 

Mənbə həmçinin əmindir ki, Bred Pitt nə qərar verməsindən asılı olmayaraq, Şilonu daim qeyd-şərtsiz sevəcək.

 

“Hər kəs əmindir ki, zamanla boşanma nəticəsində kəsilən əlaqə bərpa ediləcək”.


Qeyd edək ki, Şilodan başqa Bred Pitt və Ancelina Colinin iki bioloji övladı var - Noks və Vivyen. Onlar hələ də azyaşlıdırlar. Keçmiş cütlük övladlığa götürdükləri uşaqları da bioloji övladları ilə birlikdə böyüdüblər.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Röya Ayxan arxiv şəkillərini paylaşdı - FOTOLAR

Xalq artisti Röya Ayxan instaqramda arxiv fotolarını paylaşıb.   Sfera.az xəbər verir ki, estrada ulduzu illər əvvələ aid şəkilləri izləyiciləri ilə ...

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...