Zelenskidən Braziliya liderinə ultimatum: "Bizim tərəfimizdə olmalısınız"

Zelenskidən Braziliya liderinə ultimatum:

Ukrayna Prezidenti Volodimir Zelenski "O Globo" telekanalına müsahibəsində deyib ki, Braziliya Rusiya ilə sıx iqtisadi əlaqələri kəsməli və Moskvaya ultimatum təqdim etməlidir.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərlə söhbətində Ukrayna prezidenti braziliyalı həmkarı Lula da Silva ilə şəxsi əlaqələrin olmamasından şikayətlənib və ölkələr arasında pozulmuş münasibətlərdən danışıb. O əlavə edib ki, Braziliya Rusiya ilə münasibətlərə həddindən artıq diqqət yetirir.
 

"Braziliya bizim tərəfimizdə olmalı və Rusiyaya ultimatum təqdim etməlidir", - Zelenski deyib.
 

O, həmçinin Braziliya liderini iyunun 15-16-da İsveçrədə Ukrayna üzrə keçiriləcək sammitdə iştirak etməyə çağırıb.
 

Bundan əvvəl Zelenski İsveçrədə keçiriləcək sülh sammitində iştirak edəcəklərini hələ açıqlamayanları kəskin tənqid edib. Ukrayna prezidenti hesab edir ki, Ukrayna üçün belə siyasətçilər birbaşa düşmənlərdən daha pisdir. Bu arada, Çin nümayəndələrinin foruma gedib-getməməsi, eləcə də ABŞ-nin görüşə kimləri göndərəcəyi hələlik bəlli deyil. Moskva isə bu görüşə dəvət olunmayıb.

Əzizə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Röya Ayxan arxiv şəkillərini paylaşdı - FOTOLAR

Xalq artisti Röya Ayxan instaqramda arxiv fotolarını paylaşıb.   Sfera.az xəbər verir ki, estrada ulduzu illər əvvələ aid şəkilləri izləyiciləri ilə ...

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...