Tozlu hava şəraiti DAVAM EDİR

Cəmiyyət
10:00 / 31.05.2024
3554
Paytaxtda tozlu hava şəraiti davam edir.
Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.
O qeyd edib ki, Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 2 dəfə çoxdur.
“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir. 1 iyun tarixində cənub-şərq istiqamətli küləklərin şimal-qərb küləkləri ilə əvəz olunması nəticəsində tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir”, - qurum rəsmisi bildirib.
Onun sözlərinə görə, artıq bir neçə gündür ölkə ərazisində müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.
Günay