Tiktokda xanımların videolarını yayan şəxs həbs edildi - FOTO

Cəmiyyət
19:27 / 30.05.2024
6467
Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu Tiktok sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.