Bu şəxslərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR

Bu şəxslərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR

Azərbaycan Mərkəzi Bankında (AMB) yeni yaradılmış 3 departamentə direktorlar təyin edilib.

 

Sfera.az xəbər verir ki, Pənah Bənnayev Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin, Müşfiq Əmirov Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin, Kəmalə Qurbanova isə Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin rəhbərliyinə gətirilib. Sonuncu indiyə qədər Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru olub.

 

Bundan başqa, Anar Muxtarov AMB-nin Rezolyusiya departamentinə, Samir Rzayev isə Maliyyə monitorinqi departamentinə direktor təyin edilib. Sonuncu bu vəzifədə Z.Hacılını əvəz edib. Ona isə Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamentinə direktorluq həvalə olunub.

 

AMB-nin İstehlakçılarla iş departamentinə isə Murad Məmmədov təyin edilib. O bu vəzifədə Xəyal Babayevi əvəzləyib.

 

Həmçinin, qurumun Nağd pul departamentinin direktoru Adışirin Qasımov, eləcə də Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov, İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elvin Şahverdiyev vəzifələrindən azad edilib. Onların yerinə hələ ki, təyinat olmayıb.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...