"TikTok"da "kreditə qızıl satan" şəxsə hökm oxundu

"TikTok" sosial şəbəkəsində "faizə pul verilir", "ucuz qiymətə qızılların satışı" səhifələrinin admininə hökm oxunub.

 

Sfera.az-ın məlumatına görə, 1995-ci ildə Bakı şəhərində anadan olmuş Kənan Bədirli tanımadığı vətəndaşlara qarşı dələduzluq edib. O, faizə pul vermək və ya qızıl satmaq adı ilə vətəndaşları aldadaraq, kart məlumatlarını əldə edib və pullarını ələ keçirib.

 

Kənan "TikTok"da 5000 manat faiz ödəməklə 50 000 manat məbləğində pulu 10 il müddətinə kredit verməsini elan edib. Bu yolla o, Firuzə adlı qadının 1851 manatını, Mingəçevir Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən qadının 1552 manatını, Ucar rayonu Yuxarı Şilyan kəndində Azərbaycan dili və ədəbiyyat fənnini müəllimi işləyən şəxsin 5000 manat pulunu mənimsəyib. Onların bəzilərinə özünü "TBC Bank"ın əməkdaşı kimi təqdim edib.

 

O, həmçinin "TikTok" sosial şəbəkəsində "ucuz qiymətə qızılların satışı" səhifəsi yaradaraq bu yolla müxtəlif insanları aldadıb, 8800 manatdan çox pulu mənimsəyib.

 

Məhkəmənin qərarı ilə Kənan Bədirli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 3 il 10 ay müddətə azadlıqdan məhrum edilib. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...