Obama İŞİD-in yaranmasının səbəbini açıqladı

Obama İŞİD-in yaranmasının səbəbini açıqladı

ABŞ prezidenti Barak Obama hesab edir ki, İŞİD qruplaşması ilə mübarizədə ABŞ hakimiyyəti 2003-cü ildə İraqa hərbi müdaxilə zamanı yol verdiyi səhvləri təkrarlamayıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Obama Floridada terrorla mübarizə mövzusunda çıxışı zamanı bildirib.

"İŞİD-ə qarşı cavab tədbirləri ilə bağlı qərar verilərkən biz 2003-cü ildə İraqa müdaxilə zamanı buraxdığımız bəzi səhvləri təkrarlamaqdan imtina etdik. Məhz həmin səhvlər sonradan İŞİD-ə çevrilən təşkilatın formalaşmasına kömək etdi. 2014-cü ildən bu vaxta qədər əsas üstünlük, ilk növbədə, İŞİD-lə mübarizə aparan İraqın milli birlik hökumətinə dəstəyə verilir. Bundan əlavə, ABŞ, İraqın qonşuları da daxil olmaqla, 60 ölkənin qoşulduğu koalisiya yaradıb”, - deyə Obama bildirib. 

Prezidentin sözlərinə görə, koalisiya terrorçulara artıq 16 mindən çox zərbə endirib, on minlərlə yerli döyüşçüyə yardım göstərilib, İŞİD-in nəzarətində olan ərazilərin yarıdan çoxu azad edilib. 


OXŞAR XƏBƏRLƏR

Hikmət Mirzəyev Türkiyə-Suriya sərhədinə baş çəkib

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu və qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları ko...

Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb - Foto

Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az bildirir ki, "Report"un Şimal bürosunun məlumatına görə, meyit rayonun Yergüc kə...

Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - QƏRAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Zaqatala ra...

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında CGTN telekanalına müsahibəsindən görüntülər paylaşılıb - VİDEO

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsindən görüntülər p...

"TikTok"un işində problemlər yaranıb

Rusiyalı istifadəçilər “TikTok”un işində problemlərdən şikayətlənirlər.   Sfera.az xəbər verir ki, bu barədə  “Roskomnadzor&rd...

Zelenski və Sandu Azərbaycan qazının vacibliyindən danışıblar

Azərbaycan kifayət qədər böyük qaz həcminə malikdir. Hansı ki, bu, Ukraynaya, Moldovaya, Slovakiya və digər ölkələrə də bəs edər.   Sfera.az xəbər ve...