Tovuzda su anbarında batan şəxsin axtarışları davam edir - VİDEO

Hadisə
17:03 / 25.05.2024
2935
Məlumat verildiyi kimi, Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batdığı ehtimal olunan həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən həyata kecirilir.
Bu barədə Sfera.az-a FHN-dən bildirilib.
Qeyd edilib ki, hava şəraitinin mürəkkəbliyinə baxmayaraq, axtarış işləri fasiləsiz olaraq davam etdirilir.