Portuqaliya Prezidenti İlham Əliyevi təbrik etdi

Siyasət
15:55 / 25.05.2024
4265
Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Sfera.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram.
Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram".