Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Evlilik üçün ideal yaş fərqi neçə olmalıdır? - AÇIQLAMA

Son zamanlar yaş fərqi çox olanların nikah statistikası artmaqdadır. Əsasən də kişilərin yaşının qadınların yaşından çox olduğu müşahidə olunur.

 

Bəs yaş fərqinin çox olması hansı problemlərə səbəb ola bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Aygün Ağabalayeva bildirib ki, cütlüklər arasında böyük yaş fərqinin olması psixoloji travma ilə və ya evlilikdə münaqişələrlə nəticələnə bilər.

 

“Amma təbii ki, istisna hallar da var. Cütlüklər arasında ilk növbədə yaş fərqi 4 və ya 5-6 ola bilər.”

 

Psixoloq qeyd edib ki, cütlüklər arasında yaş fərqinin 5-6-dan daha çox olması bir sıra problemlərə yol aça bilər.

 

“Yaşı böyük bəy özündən yaşca kiçik xanımdan öncə müəyyən dövrü keçib. Gənc xanım aktiv həyat yaşamaq istədiyi halda, yaşı böyük bəy artıq bu həyatı yaşadığına görə onun üçün maraqlı olmaya bilər. Bu zaman arzu və istəklər üst-üstə düşmür və ailədə münaqişələr və fikir ayrılıqları yaranır.

 

Bu fikir ayrılıqları da öz növbəsində mübahisələrə səbəb olur. Bir-birinin istəklərini anlamayan tərəflər birgə xoşbəxt ola bilməzlər. Məhz bu baxımdan yaş fərqinin az olmasının böyük önəmi var. Yaşı qadının yaşına yaxın olan kişilər onun xəyallarını və istəklərini daha yaxşı anlaya bilir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...