Beynəlxalq axtarışda olan 3 nəfər ölkəmizə gətirildi

Beynəlxalq axtarışda olan 3 nəfər ölkəmizə gətirildi

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Tural Cəlil oğlu Ədilov, Məmmədbağır Qarsalan oğlu Səfərov və Oqtay Sabir oğlu Ağayevin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Tural Cəlil oğlu Ədilovun xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini, Məmmədbağır Qarsalan oğlu Səfərovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satmanı təşkil etmə cinayətini, Oqtay Sabir oğlu Ağayevin isə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə cinayətini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

 

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.05.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.


OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...