Ana olan qadınların cinsi istəyi niyə azalır? - Həkimdən AÇIQLAMA

Ana olan qadınların cinsi istəyi niyə azalır? - Həkimdən AÇIQLAMA

Qadınların əksəriyyəti doğuşdan sonra cinsi istəksizliklə üzləşirlər. Aparılan araşdırmalar da sübut edir ki, 70 faiz qadının uşaq dünyaya gətirdikdən sonra cinsi sağlamlığı dəyişir.

 

Bəs bunun səbəbi nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan ginekoloq Arzu İsmayılova bildirib ki, hamiləlik zamanı və doğuşdan sonra qadının orqanizmi dəyişdiyi kimi, cinsi funksiyası da dəyişir.

 

"Uşaq doğulduqdan sonra cinsi sağlamlığın hamiləlikdən əvvəlki səviyyəyə bərpası tədricən davam edir. Əvvəlki münasibətin formalaşması üçün qadının zamana ehtiyacı var. Doğuşdan sonra cinsi sağlamlığa təsir edən amillərdən biri də bədəndə olan ağrılardır. Doğuşdan sonrakı çanaq ağrısı ilə cinsi funksiya arasında əlaqə var. Bu mərhələni ağır keçirən qadınların əksəriyyəti uşaq dünyaya gətirdikdən sonra cinsi həyata qarşı maraqsız olur. Bu da təbii haldır. Doğuşdan sonra hormonlarda yaşanan dalğalanmalar, ana olmağın verdiyi məsuliyyət və narahatlıqlardan qaynaqlanan depresiyya da xroniki yorğunluğa səbəb olur. Nəticədə cinsi həyat ikinci plana keçir. Bunlar müalicəsi mümkün olan psixoloji narahatlıqlardır. Yəni problem bədəndən çox düşüncələrdə yaranır”.

 

Arzu İsmayılova qeyd edib ki, cinsi istəksizliyə səbəb olan digər bir hal da cinsi yaxınlıq zamanı ağrıya səbəb olan vaginal quruluqdur:

 

“Hamiləlikdən sonra qadınlarda prolaktin hormonunun artması və estrogenin azalması vaginal quruluğa səbəb olur. Ginekoloq tövsiyəsi ilə müəyyən vasitələrlə vaginal quruluğu aradan qaldırmaq mümkündür. Bu dövr ərzində kişilər yoldaşlarına dəstək və onların psixoloji durumunu anlamalıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR