İranda 12 modaçı həbs edildi

İranda 12 modaçı həbs edildi
 
İran məhkəməsi moda aləmində çalışan 12 nəfəri cəzalandırıb. Tutulanlar fahişəliyin təbliğatında suçlanaraq, 5 aydan 6 ilə qədər həbs cəzası alıblar. Onların modayla məşğul olması həbs müddəti bitdikdən sonra da 2 illiyə qadağan olunub.
BBC həbs edilənlərdən 8-inin qadın, 4-ünün kişi olduğunu yazır. Vəkillərinin yerli mətbuata verdiyi məlumata görə, Şiraz məhkəməsi bu adamları internetdə yaydıqları nalayiq fotoşəkillər vasitəsilə fahişəliyi, Qərbin çılpaq tərzini təbliğ etməkdə, müsəlmanları yoldan çıxarmaqda günahlandırıb.

BAŞIAÇIQ FOTOLARA GÖRƏ QADINLAR TUTULUB

Tutulanlardan birinə 6 illik həbs cəzası kəsilib, həbsdən sonra da jurnalistikada, eləcə də dövlət idarələrində çalışması 2 illiyə yasaqlanıb. İki nəfərə 5 illik, bir nəfərə 2 illik cəza verilib.
Vəkil Mahmoud Taravat-ın dediyinə görə, müştəriləri məhkəmə qərarı ilə razılaşmır apellyasiya şikayəti verməyə hazırlaşırlar.
BBC İran məhkəmə orqanlarının modellərə təzyiqləri ilin əvvəlindən artırdığını, moda ilə məşğul olanların İslama uyğun gəlməyən tərzin təbliğində günahlandırıldığını yazır.
May ayında Tehranın kiber-cinayətlərə dair məhkəməsi sosial mediada başıaçıq şəkillərini yaydıqlarına görə 8 qadının həbs edildiyini bildirib. İranda qadınların adam arasına baş örtüyü geymədən çıxması qanunla qadağandır.

FUTBOLÇU TUMANA GÖRƏ HƏBSƏ ATILIB

İyulda Tehranın ticarət mərkəzlərindən birində paltar mağazasının açılışı münasibətilə təşkil olunan moda şousuna icazə verilməyib.
"The Tower” saytı iyunda "SpongeBob SquarePants” şəkilli tuman geydiyinə görə bir tehranlı futbolçunun həbs edildiyini, futbol oynamağın ona 6 aylığa yasaqlandığını xatırladır. Keçən ilin oktyabrında isə iki şair qadınlarla salamlaşarkən onların əlini sıxdığına görə tutulub, hərəsinə 99 şallaq cəzası verilib. Aktrisa Sadaf Taherian sosial mediada başıaçıq şəkillərini paylaşdığına görə ölkədən çıxmağa vadar edilib.
Müşahidəçilər nüvə razılaşması imzalanandan sonra İrandakı mühafizəkarların daha da sərtləşdiyini, "xarici təhlükə”ni əngəlləməkdən ötrü əllərindən gələni etdiklərini deyirlər. (Azadlıq radiosu)



OXŞAR XƏBƏRLƏR

Bu əskinaslarda saxta variantlar AŞKARLANDI - RƏSMİ AÇIQLAMA

2024-cü ilin üçüncü rübündə Rusiyada rubl əskinaslarının 2057 saxta variantı aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın...

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının X turunda yaşananlara hüquqi qiymət veri...

Ağbənd-Salam Məlik istiqamətində dəmir yolu çəkiləcək

Naxçıvan Muxtar Respublikasının dəmir yolunun yenidən qurulmasın üçün layihə sənədləri hazırlanır. Sfera.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Y...

Avtomobilinizlə suya düşəniz, bunları mütləq edin! - Xilas olmağın yolları

Məlum olduğu kimi, ötən gün paytaxtda fasiləsiz yağan yağışlar vətəndaşlara çətin anlar yaşadıb. Sabunçuda isə tunelə yağış sularının dolması nəticəsində 2 nəfə...

Si Cinpin Rusiyada ümumi təhlükəsizlik konsepsiyasının vacibliyindən danışdı

“Ukraynada müharibənin arealının genişlənməsinə, eləcə də humanitar vəziyyətin ağırlaşmasına imkan verilməməlidir”.   Sfera.az xəbər veri...

“Ezel”in tanınmış aktyoru vəfat etdi - FOTO

Tanınmış türk aktyor Tekin Temel vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun köməkçisi məlumat yayıb.   O bildirib ki, sənətçi 5...