İTV-nin rejissorundan xanımının xəyanət iddialarına cavab - VİDEO

İTV-nin rejissorundan xanımının xəyanət iddialarına cavab - VİDEO

İTV-də rejissor kimi çalışan Kamran Bünyatovun həyat yoldaşı Hülya Hüseynova əri ilə bağlı polisə müraciət edib. 

 

Sfera.az-ın məlumatına görə, xanım həyat yoldaşının onu aldatdığını, xəyanətini tutanda isə şiddətə məruz qaldığını bildirib. Məsələ ilə bağlı Kamran Bünyatov açıqlama verib. O, Hülyanın ona böhtan atdığını bildirib:

 

"Bizim münaqişəmiz artıq 2 ilə yaxındır davam edir və mən buna dözürdüm. Hüseynova (Bünyatova) Hülya Tahir qızı mənə etdiyi hədələrlə, göstərdiyi dırnaqarası qəhrəmanlıqla məni şərləmək, təhdid etməklə məşğuldur. Uşağın təhsili araşdırılarsa, görünər ki, uşaq bir neçə məktəb dəyişib, düzgün tərbiyə olunmur. Öz fikirlərinə uyğun formada anası Hüseynova Sürəyya Yadigar qızı ilə birlikdə mənə qarşı təhqirlər, işdən çıxarmaları və evimi yandıracaqları ilə bağlı hədələr irəli sürüblər. Məhkəməmiz olacaq və bizim nikahımız pozulacaq deyə, belə şər əməllərlə, təzyiqlərlə məşğuldurlar. Dövlət qurumları bu işə baxır.

 

Maşınımı vurub sındırmağı, klublarda keyf çəkməyi, üstəlik gəlib məndən pul istəməyi ki, "Məni boşayırsansa, pul ver" deməsi,  buna əyani sübutdur. Qadına layiq olmayan ifadələrlə şirkətdəki televiziya əməkdaşlarımın gözü qarşısında məni təhqir edib. Özünü maşının altına atıb və məni şərləyib. İş kəsilməsi ilə bağlı da məlumat vermişəm. Küçəyə qaçaraq "Ay camaat, kömək edin, məni öldürür" deyib, maşınımı sındırır. "Mən deyən variantla razılaş, ya mənimləsən, ya da boşanırıqsa, maşınını sındıracağam" deyir. Əl-qolunu qab-qaşığı sındırıb yaralayıb, üz-gözünü cırıb və mənə səni tutduracağam deyir.

 

Məryəm söhbətinə qaldıqda isə, o mənim iş yoldaşımdır və biz neçə ildir bir yerdə çalışırıq. Bir neçə dəfə də Hülya xanıma şərlər atıb və sonra üzr videosu ilə paylaşım edib.

 

Şəkillərdə, videolarda hər şey var. Mənim yerimdə kim olsaydı, bunları edərdi". (Axsam.az)

 


OXŞAR XƏBƏRLƏR

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...

Sərnişin avtobusu qəzaya uğradı: ölənlər var

Türkiyədə sərnişin avtobusu ilə yük maşını toqquşub.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza Çanaqqala-Ezine avtomobil yolun...