Rusiyalı müğənni erməni "genosidi"ndən oxuyacaq

Rusiyalı müğənni erməni

Rusiyalı müğənni Dima Bilan "ermənin soyqırımı” haqqında mahnı və klip hazırlayır.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, mahnı artıq hazırdır. Klipin bir hissəsi Ermənistanda Ararat dərəsində, digər hissə isə "Mosfilm”in xüsusi dekorasiya olunan pavilyonunda lentə alınacaq. 

"Bu mövzu mənə təkcə tarix kitablarından məlum deyil. Mənim ulu nənəm Şuşan Tiqranovna 13 yaşında bu hadisələrdən canını qurtarıb. Onu Türkiyədən Rusiyaya qaçan rus hərbçilər xilas edib. Təəssüflər olsun ki, ulu nənəm mən dünyaya gəlmədən vəfat edib. Lakin anamın sözlərinə görə, o, ömrünün sonuna qədər öz yaxınlarını axtarıb”, - deyə Bilan müsahibəsində bildirib. 

Klipin 2017-ci ilin aprel ayında istifadəçilərə təqdim olunması planlaşdırılır. 

Rusiyalı müğənninin qondarma soyqırıma mahnı həsr etməsi şübhəsiz ki, onun azərbaycanlı pərəştişkarları tərəfindən xoş qarşılanmayacaq. 


OXŞAR XƏBƏRLƏR

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...