"Maşın alverçiləri "təzyiq görürəm" bəhanəsi ilə xaricə gedib oradan təhqirlər edirlər" - Deputat

“İnsan alverinin mənbəyi, yaradan şərait əsasən yoxsulluq, iqtisadi çətinlik və müharibələrdir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
“Dünyada baş verən hadisələrin şahidiyik. Qarabağ işğal altında olanda insan alverinin mənbəyi idi, azad ediləndən sonra bu problem aradan qalxdı. İndi də Rusiya-Ukrayna məsələsinə görə insan alverinin artması Azərbaycana da təsirini göstərir. Azərbaycanda insan alverinin xüsusi forması da var. Bu, siyasi alverdir. Bunun mənbəyi hansısa şəxslərin adını siyahıya salıb siyasi məhbus kimi təqdim edərək xaricdə oturan blogerlərin gəlir əldə etməsidir. Heç bir siyasi fəaliyyətlə məşğul olmayan, heç bir partiyanın üzvü olmayan şəxslərin xaricə getmək üçün viza almağına yardım göstərənlər var. Gedib Fəvvarələr meydanında şəkil çəkdirirlər, göstərirlər ki, guya, burada mitinq keçirirlər, təzyiq görürlər. Gedirlər xaricə, sığınacaq istəyirlər, başlayırlar oradan təhqirlər etməyə. Onlar hamısı maşın alverçiləridir. Ekstradisiya məsələsi bununla bağlı da tətbiq edilməlidir", -millət vəkili bildirib.
Firuzə Əliyeva