"Azərbaycan “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradə ortaya qoyub" - Zahid Oruc

“Ölkəmiz “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradəsini ortaya qoyub və qətiyyətli tədbirlər görür”. 


Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.

 

“Qlobal Köləlik üzrə 2023-cü ilin hesabatında göstərilir ki, hazırda dünyada 50 milyon insan müasir köləlik şəraitində yaşayır, onlardan təqribən 28 milyonu icbari əməyə, 22 milyonu isə məcburi nikaha cəlb edilib. Bu göstərici üzrə Azərbaycan 192 dövlət arasında müsbət mənada 22-ci yerdədir.

 

Bəzi statistikalara diqqət yetirək. Baş İdarə tərəfindən 47 şəxsin əmək müqaviləsi olmadan işlədiyi üçün 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat cərimə tətbiqi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 512 şəxsi ilə bağlı ümumilikdə 2.374.400 manat məbləğində sanksiya tədbiri, 8 miqrasiya kanalı aşkarlanaraq 154 şəxsin saxlanılması, küçə həyatı, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilən 342 azyaşlının müəyyən edilməsi,  159  insan alveri faktı üzrə 16 cinayət işinin başlanması, 12 nəfərin İnterpol kanalı ilə beynəlxalq axtarışı aparılan genişmiqyaslı işləri göstərir”,- millət vəkili bildirib.

 

Z.Oruc qeyd edib ki, ilk dəfə kiberməkanda insan alveri faktlarının aşkarlanması, müasir kommukasiya vasitələri ilə qurbanları ələ keçirən cinayətkar qruplara qarşı “WhatsApp”, “İnstagram”, “Telegram” sosial şəbəkələrində aparılan mübarizədə 58 fakta görə cinayət işi qaldırılıb.

 

Eyni zamanda, insan alveri və məcburi əməklə bağlı  91 nəfər qurbanın əsasən Türkiyə və Rusiyada olması hər iki dövlətlə hüquq-mühafizə və ekstradisiya sahəsində çalışmaların daha da gücləndirilməsi zərurətini ortaya qoyur:

 

““152” qаynаr xəttinə dахil оlan 9.626 zəng, yəni ay üzrə 900-ə yaxın müraciət göstərir ki, əhali tərəfindən dövlət orqanlarına inam var, insanlar məruz qaldıqları cinayətlərə qarşı polis orqanları ilə birgə mübarizənin effektivliyini görürlər. Təmsil olunduğum Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi bir sorğunun nəticələrinə görə, hakimiyyət institutları içərisində daxili işlər orqanları sabit telefon və qaynar xətt üzrə əhalinin müraciətlərinə 93 faizlik cavab səviyyəsi ilə ən yuxarı yerdədir”.

 

Deputatın sözlərinə görə, son 20 ildə insan alveri cinayətlərinin ümumi sayı 2326 olub və hər il artım baş versə də bütün dövlərdə DİO-nın mübarizəsi daha sistemli, əhatəli və təsirli olub:

 

“Son 20 ildə bu cinayətə görə məsuliyyətə cəlb olunanların sayı 636 nəfər təşkil edib. Təəssüflər olsun ki, onlardan 541-qadın, 95 i isə kişidir. Həm qurban, həm də törədənlərin zərif cinsin nümayəndələri olması ağrılı haldır. Son 20 ildə ümumilikdə qurbanların sayı 1350 nəfər təşkil edib. Cinayətin latent, yəni gizli saxlanılmasına şərait yaradan mədəni və şəxsi amilləri də nəzərə almalıyıq”. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bahar Candan və Dilan Polatın “halva” paylaşımı narazılıq yaratdı - VİDEO

Anoreksiya xəstəliyindən əziyyət çəkən və bir neçə gün əvvəl vəfat edən 30 yaşlı Nihal Candanın ardından yayılan görüntülər Türkiyə ictimaiyyətinin sərt reaksiy...

Bu həftə dörd gün iş olmayacaq

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin d...

Qanunsuz söküntü: Ekskavator sürücüsü azadlığa buraxıldı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən ekskavator sürücüsü barəsində qərar verilib.   Sfera.az APA-ya istinadla xəbər veri...

ABŞ təyyarəsi Bakıya təcili eniş etdi

"American Airlines" aviaşirkətinə məxsus və Yeni Dehli - Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroport...

“İran üçün heç kim vuruşmayacaq” - Ekspert

İran və İsrail arasında baş verən hərbi toqquşmaya ABŞ-nin də qoşulması üçüncü dünya müharibəsi ehtimalını yenidən gündəmə gətirib. Müxtəlif siyasətçilər, o cüm...

Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul oluna bilər

Avropa Komissiyası Moskvaya daha çox təzyiq göstərmək üçün Rusiyaya qarşı daha bir sanksiyalar paketinin tətbiqinə cəhd etməkdə davam edir.   Sfera.a...