Helikopterdə olan imam qəzada sağ qalıbmış - 1 saat sonra....

Helikopterdə olan imam qəzada sağ qalıbmış - 1 saat sonra....

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterində olan İranın Təbrizin Cümə imamı Seyid Məhəmməd Əli Al-Haşimin qəzadan sonra bir saat ərzində huşu özündə olub.

 

Sfera.az xəbər verir ki, bunu İranın Kritik Vəziyyətlərin İdarə Edilməsi üzrə Dövlət Təşkilatının rəhbəri Məhəmməd Həsən Nami deyib.

 

"Təbriz imamı Ayətullah Al-Haşimin meyiti digər qurbanlara nisbətən daha yaxşı vəziyyətdə olub və daha az yanıb. O, helikopter qəzasından sonra bir saat yaşayıb", - deyə Nami bildirib.

 

O qeyd edib ki, imam hətta İran Prezident Administrasiyasının rəhbəri Qulamhüseyn İsmaili ilə telefonla əlaqə saxlamağa nail olub.

 

Helikopterdə qalan yeddi nəfər, o cümlədən Prezident Rəisinin özü, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rəhməti, həmçinin təhlükəsizlik işçiləri və ekipaj üzvləri hadisə yerində ölüblər. Onların meyitlərində ciddi yanıq izləri olub və DNT testi aparılmadan şəxsiyyətlərini müəyyən etmək mümkün olmayıb.

 

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...