Oğrunu cəzalandırmaq üçün 380 min dollarlıq avtomobilini məhv etdi - VİDEO

Oğrunu cəzalandırmaq üçün 380 min dollarlıq avtomobilini məhv etdi - VİDEO

64 yaşlı milyonçu “Rolex” saatını oğurlamış oğrunu San-Paulu (Braziliya) küçələrində qovalayıb.  Qaçdı-tutdu zamanı kişi 300.000 funt-sterlinq (təxminən 15 milyon UAH) dəyərində “Lamborghini” idman avtomobilini qəzaya uğradıb.

 

Sfera.az bildirir ki, milyoner sürücü “Rolex” oğrusunu yaxalamaq üçün “Lamborghini” markalı idman avtomobilini qurban verib. 


Oğurluq qurbanı “Honda Twister” motosikleti sürən oğrunu tutaraq yerə yıxıb.


Lakin bayker milyonerin ümidsizcəsinə geri qaytarmağa çalışdığı saatı özü ilə götürərək qaçmağı bacarıb.

 

Yayımlanan kadrlarda avtomobilin kapotundan tüstü çıxdığını, dirəyin yuxarı yarısının çırpılaraq yarıya bölündüyünü görmək olar. Bu zaman motosiklet zibil yığınının içinə yuvarlanır, sürücü oradan çıxıb yolun əks tərəfinə qaçır.


Milyonçu isə maşından çox gec düşərək, naəlac saatın arxasınca baxır. 

 

Yerli media polisin artıq motosikletin bütöv qalan nömrəsinə əsasən cinayətkarı müəyyən etdiyini bildirir. Hadisə yerindən onun oğurluq törətdiyi zaman istifadə etdiyi mobil telefon və tapança da tapılıb.

 

Qəza zamanı əlində kiçik kəsiklər qalsa da, heç bir xəsarət almayan “Lamborghini” sürücüsü:

 

"Oğurda silah olduğu üçün saatımı verməli oldum"- deyib. 

 

Hadisə ilə bağlı ətraflı məlumat isə polis əməkdaşları tərəfindən istintaq aparıldıqda ortaya çıxacaq.

 

Aynil

Sfera.az

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Bu universitetlərdə təhsil haqqı ARTACAQ

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə modern.az-a unive...

Azərbaycanda kişi gəlinini güllələyərək öldürdü

Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllü...

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...