İş yerlərinin 80 faizi Bakıda açılıb – RƏQƏMLƏR

Cəmiyyət
16:53 / 20.05.2024
9424
Azərbaycanda bu ilin birinci rübü ərzində 22 517 yeni iş yeri açılıb.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, yeni açılan iş yerlərinin 18 mini, yəni 80 faizi Bakının payına düşüb.
Bakıda Pirallahı rayonu istisna olmaqla bütün rayonlarda yeni iş yerləri yaradılıb. Ən çox iş yeri Nərimanov (3501), Nəsimi (2524), Binəqədi (2471), Xətai (2340), Səbail (2166) və Yasamal (2035) rayonlarında açılıb.
Bakıdan kənarda ən çox iş yeri Abşeron rayonunda (838) yaradılıb. Gəncədə 416, Sumqayıtda isə 408 yeni iş yeri açılıb.
Vasif