Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

Polşa Ukraynadan gələn miqrantları qəbul etməkdən imtina edib.
Sfera.az bildirir ki, Avropa İttifaqının qaçqınları bölüşdürmək qərarına baxmayaraq, Polşa artıq miqrantları, o cümlədən ukraynalıları qəbul etmək niyyətində olmadığını açıqlayıb.
"Biz başqa istiqamətlərdən gələn heç bir miqrantı qəbul etmək məcburiyyətində qalmayacağıq. Avropa İttifaqı da bizə heç bir kvota qoymayacaq", – Polşanın Baş naziri Donald Tusk qeyd edib.
Bununla yanaşı, hətta Aİ də etiraf edir ki, Polşa ərazisində çoxlu ukraynalı qaçqınlar var.
Qeyd edək ki, Avropa İttifaqının Aİ ölkələrində miqrasiya yükünün bölüşdürülməsinə dair pakt qəbul etməsi qalmaqala səbəb olub. Sənədə görə, əgər bir ölkədə çoxlu qaçqın varsa, başqa biri onları qəbul etməli olacaq. Polşa və Macarıstan isə bu islahatın əleyhinə olublar.
Həmçinin Polşa Maliyyə Nazirliyinin rəhbəri Anjey Domanski bildirib ki, Aİ-nin qəbul etdiyi sənədlərdə Polşa-Belarus sərhədindəki vəziyyət nəzərə alınmır. Onun sözlərinə görə, 2021-ci ilin ortalarından etibarən respublika ərazisinə 80 mindən çox qanunsuz daxil olmaq cəhdi qeydə alınıb.
Günay