İran prezidentini ölümə aparan səfər: Səyahətə niyə helikopterlə çıxıb? - MARAQLI SƏBƏB

İran prezidentini ölümə aparan səfər: Səyahətə niyə helikopterlə çıxıb? - MARAQLI SƏBƏB

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında dünyasını dəyişməsindən sonra çoxlu suallar meydana çıxıb. Həmin suallardan biri də İbrahim Rəisinin səfərə niyə helikopterlə çıxması ilə bağlıdır. 


Sfera.az Türkiyəli analitiklərin şərhlərinə istinadən xəbər verir ki, Rəisinin helikopterdən istifadə etməsi ölkənin şimal əyalətlərinə səfər etmək planı ilə əlaqədar olub. 


İranda mövcud olan dövlət ənənəsinə əsasən, prezident hər il bütün ostanlıqlara (əyalətlər) baş çəkir. Ölkədə 31 ostanlıq var və onların üçü (Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil ostanlıqları) şimalda yerləşir. Məlumata görə, Rəisi Şərqi və Qərbi Azərbaycan ostanlıqlarına səfər etməyi planlaşdırırdı. 


İranın şimal hissəsi yüksək dağlıq ərazi olduğundan, eyni zamanda regionda avtomobil yolları uzaq səfərlər üçün əlverişli olmadığından Rəisinin helikopterdən istifadə etməli olduğu bildirilir. 


İranda dövlət başçısının səfərləri üçün bir neçə helikopter ayrılıb. Prezident əyalətlərə, xüsusən də dağlıq regionlara baş çəkən zaman helokopterlə yola çıxır. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Qurban Qurbanovun təbrik etmədiyi Bəhlul Mustafazadə “Qəbələ”yə keçir? – Klubdan AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Sabah”la oyundan sonra futbolçuları çempionluq münasibəti ilə təbrik edərkən Bəhlul Mustafaz...

Bakıda arvadı tərəfindən döyülən kişi xəstəxanalıq oldu

Bakının Nərimanov rayonu ərazisində kişi həyat yoldaşı tərəfindən döyülüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisənin ailə münaqişə...

İmtahanların vaxı dəyişdi - DİM məlumat yaydı

İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də, iyun, iyul, avqust ...

İlham Əliyev yük maşınının sükanı arxasında – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodu...

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib....

ABŞ və İran rəsmiləri bu tarixdə görüşəcək

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə dördüncü raund nüvə danışıqlarının 3 mayda Romada keçiriləcəyini bildirib.    Sfera.az “NT...